Baş nazir: "Əhalimizə təminat veririk ki, heç bir müharibə olmayacaq"
Mьəllif: Admin
Tarix: 13-05-2022, 17:59
Bцlmə: Xəbərlər
Baş nazir: "Əhalimizə təminat veririk ki, heç bir müharibə olmayacaq"
"Bizim xalqımız bu günədək Rusiya ilə 3 dəfə müharibə aparıb. Əhalimizə təminat veririk ki, ölkədə heç bir müharibə olmayacaq, Gürcüstanda ikinci cəbhə yaradılmayacaq".

Bu barədə baş nazir İrakli Qaribaşvili, jurnalistlərə verdiyi müsahibəsində bildirib.

O, bildirib ki, məsuliyyətsiz ritorikalar yaxşı nəticə verməyə bilər:

"Hər bir vətəndaş üçün ölkədə stabilliyin olması vacibdir. Bu olmasa ölkədə heç nə olmayacaq. Bizim ölkəmiz, xalqımız Rusiya Federasiyası ilə 3 dəfə müharibə aparıb. 90-cı illərdən başlayan müharibə, vətəndaş müharibəsi və min cür fəlakətdən çıxmışıq. Daha sonra isə avqust müharibəsi ölkəmiz üçün dağıdıcı nəticələrə səbəb oldu, bu günədək ərazilərimizin işğalı davam edir.

Biz bunu yaxşı şəkildə analiz etməsək və bu məsuliyyətsiz ritorikanı davam etdirsək, bu çox pis nəticələr verəcək. Ancaq, bizim hakimiyyət buna icazə verməyəcək. Əhalimizə təminat veririk ki, uzunmüddətli sabitlik olacaq. Ölkədə heç bir müharibə olmayacaq", - deyə İ. Qaribaşvili əlavə edib.
(24news.ge)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031