Furqan Vəqfinin qurucusu Alparslan Kuytul saxlanılıb
Mьəllif: Admin
Tarix: 9-05-2022, 22:26
Bцlmə: Xəbərlər
Furqan Vəqfinin qurucusu Alparslan Kuytul saxlanılıb
Furkan Vəqfinin qurucusu Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul bu gün səhər saatlarında həyat yoldaşı Alparslan Kuytulun saxlanıldığını Twitter hesabında açıqlayıb.

Operativ.tv-nin SHAFAQNA TÜRKİYƏ-yə istinadən verdiyi xəbərə görə, Furkan Vəqfinin qurucusu Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul bu gün səhər saatlarında əri Alparslan Kuytulun saxlanıldığını Twitter hesabında açıqlayıb.

Ötən il sentyabrın 8-də iş adamı Koray Sarısaçlının 4 nəfər tərəfindən oğurlanması və 13 gün sonra sərbəst buraxılması ilə bağlı açılan iddiada Alparslan Kuytul haqqında həbs qərarı çıxarılıb.

Qərardan sonra Kuytul səhər saatlarında saxlanılıb. Alparslan Kuytul Yüreğir Dövlət Xəstəxanasında müayinə olunduqdan sonra ədliyyəyə aparılıb.

Bu arada onun tərəfdarları xəstəxana qarşısında toplaşaraq Kuytulun lehinə şüarlar səsləndiriblər.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031