Kanadada məscidə hücum nəticəsində 5 nəfər yaralanıb
Mьəllif: Admin
Tarix: 18-04-2022, 12:11
Bцlmə: Xəbərlər
Kanadada məscidə hücum nəticəsində 5 nəfər yaralanıb
"İQNA", "Sun Daily" qəzetinə istinadən xəbər verir ki, Kanada polisindəki mənbələrin bildirdiyinə görə, Torontoda məsciddə baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

Toronto Polis Departamentinin sözçüsü David Reidzek bildirib ki, müqəddəs Ramazan ayında səhər namazını tamamlayan bir qrup kişi Skarboro bölgəsində atəş açılması nəticəsində hücuma məruz qalıb.

Bu arada Skarboro Müsəlmanları Dərnəyinin idarə heyətinin üzvü Nədim Şeyx keçirdiyi mətbuat konfransında hadisədən narahat olduğunu bildirib.

O, səlahiyyətliləri bu hadisənin səbəbkarlarını araşdırmaq üçün əlindən gələni etməyə çağırıb. O, silah zorakılığının qarşısını almaq üçün daha çox iş görülməli olduğunu bildirib.

Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930