Pakistanlı sənətkar 8000 karandaş üzərində bütün Quranı toxuyub
![]() Hər bir surədə istifadə olunan karandaşların sayı surələrin uzunluğuna görə dəyişir. Onlar 50-70 və hətta 100-dən 500-ə qədər karandaş arasında dəyişir. Şah Nəvaz Malhi karandaşları plastik sancaqlardan istifadə edərək lövhəyə yapışdırıb. Həmçinin hər bir surənin adını lövhədə xüsusi çərçivəyə yerləşdirib ki, bu da öz-özlüyündə bir sənət əsəridir. Arxa planda o, göy cisimləri kimi kainatın təzahürlərindən birini çəkib. Şah Nəvaz Malhi deyib ki, mən 10 il gündə 8 saat ciddiyyətlə çalışdım ki, Quranın bütün ayələrini tam şəkildə qələmlə toxuya bildim. Mən bu işə görə, ailəmdən və dostlarımdan 3 milyon Pakistan rupisi (16,765 dollar ekvivalenti) dəyərində ianə almışam. ("İQNA") ![]() ![]() ![]() Oxşar xəbərlər
|