Bu il 1 milyon zəvvarın Həcc ziyarətinə gəlməsinə icazə verilib
![]() Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən “Saudi Press Agency” məlumat yayıb. Bu il Həcc və Ümrə ziyarətinə tam peyvənd olunmuş, yaşı 65-dən aşağı olan şəxslərin gəlməsinə icazə veriləcək. Zəvvarlar gəldikdən sonra PCR testinin mənfi nəticəsini də təqdim etməli olacaqlar. Fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə tərəfi tərəfindən müəyyən edilir. Oxşar xəbərlər
|