İmam Rza (ə) ziyarətgahında törədilən terrorun yeni təfərrüatları açıqlanıb
Mьəllif: Admin
Tarix: 6-04-2022, 13:08
Bцlmə: Xəbərlər
İmam Rza (ə) ziyarətgahında törədilən terrorun yeni təfərrüatları açıqlanıb
Məşhəddə İmam Rzanın (ə) hərəmində üç din xadiminə bıçaqla hücum edən şəxsin kimliyi və həyata keçirilən terrorun səbəbi müəyyən edilib.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, ilkin araşdırmalara görə, ötən gün İmam Rzanın hərəmində soyuq silahla din xadimlərinə qarşı terrora əl atan şəxs Əfqanıstan vətəndaşıdır.

Dindirmələrdən sonra, onun radikal sələfi düşüncəli və təkfirçi olduğu müəyyən edilib.

Qeyd edək ki, ötən gün hücuma məruz qalan məşhədli din xadimlərindən biri höccətül-islam Aslani artıq şəhid olub. Məlumata görə, o və hücuma məruz qalan digər iki din xadimi Xorasan-Rəzəvi əyalətində yardım təşkilatları ilə işləyirmişlər.

Əlavə edək ki, üç gün öncə İranın Qonbəd-Kavus bölgəsində iki əhlü-sünnə din xadiminə də hücum edilmiş və onlar ağır yaralanmışdı. İranlı ekspertlər bu hücumların planlaşdırıldığını bildirirlər.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031