Sionistlər Ramazan ayı tədbirinə hücum etdi, 19 fələstinli yaralandı
Mьəllif: Admin
Tarix: 4-04-2022, 12:10
Bцlmə: Xəbərlər
Sionistlər Ramazan ayı tədbirinə hücum etdi, 19 fələstinli yaralandı
Fələstin mediası bazar ertəsi səhər saatlarında sionist rejimin işğalçı qüvvələrinin Bab əl-Əmud və Məscidül-Əqsada Ramazan ayı münasibəti ilə təşkil edilən mərasimlərdə iştirak edən müsəlmanlara hücum çəkdiyini bildirib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, sionist rejimin gizli polis qüvvələri və süvariləri, eləcə də işğalçı İsrail ordusunun əsgərləri təpədən dırnağa silahlanmış şəkildə müdafiəsiz fələstinlilərə hücum edərək, Ramazan tədbirini pozmağa çalışıblar.

Fələstinin Əl-Qüds şəbəkəsi Qüdsün Bab əl-Amud bölgəsində sionistlərin xüsusi amansızlıq həyata keçirdiyi hücum zamanı bir neçə gəncin yaralandığını bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyəti də sionist rejim ordusunun fələstinli gənclərə qarşı istifadə etdiyi plastik güllələrin azı 4 müsəlmanı yaraladığını açıqlayıb.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930