Səudiyyə tarixinin ən kütləvi edam hökmü icra olundu
Mьəllif: Admin
Tarix: 13-03-2022, 06:45
Bцlmə: Xəbərlər
Səudiyyə tarixinin ən kütləvi edam hökmü icra olundu

Səudiyyə Ərəbistanının DİN 81 nəfərin edam olunduğunu açıqlayıb.

İslamazeri.com xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanında krallıq tarixinin şiələrə qarşı bir gündə icra olunan ən çox saylı edam hökmü icra olunub.

Səudiyyə Ərəbistanının DİN 81 nəfərin edam olunduğunu açıqlayıb.

Məlumata görə, edam olunanlardan 7 nəfər Yəmən, 1 nəfər isə Suriya vətəndaşıdır. Onlar dövlət işçilərinə hücum, terrorçu şəbəkələrdə fəaliyyət, quldurluq, partlayıcı qurğuların quraşdırılması və digər ağır maddələrlə ittiham olunublar. Edam olunanların bəzisi Yəmənin Husi hərəkatı ilə də əlaqələndiriliblər.

Al Mayadeen edam olunan şəxslərdən 41-nin Səudiyyənin Qətif bölgəsindən olan şiə gənclər olduğunu yazıb.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31