Almaniya universiteti hicablı iki tələbədən üzr istəyib
Mьəllif: Admin
Tarix: 7-03-2022, 10:49
Bцlmə: Xəbərlər
Almaniya universiteti hicablı iki tələbədən üzr istəyib
Münhen Tətbiqi Elmlər Universiteti Twitter hesabında iki baş örtülü tələbənin kimliyini tanımaq üçün hicablarını çıxarmağa məcbur edildiyini açıqlayıb.

Universitetdən bildiriblər ki, belə bir addıma səbəb dələduzluqla bağlı barələrində yaranan şübhədən sonra onların kimliyini müəyyənləşdirmək və yoxlamaq olub.

Dini azadlığa hörməti təmin etmək üçün imtahan nəzarətçilərinin təlimatlarının dəyişdirilməsinin vacibliyini qeyd edən universitet əlavə edib: "Hicab bəzən dəbdə olan örtüklərlə müqayisə oluna bilməz."

Digər tərəfdən, bu müsəlman tələbələrdən biri kiberməkan istifadəçilərini dəstəklərinə görə tərifləyib, eyni zamanda universitet rəhbərliyini cavabı gecikdirdiyinə görə tənqid edib.

O, müsəlman qız tələbələrin universitetdə tələbələrə bərabər münasibətin təmin edilməsi üçün səylərini davam etdirəcəklərini vurğulayıb.

Baxmayaraq ki, Almaniya konstitusiyası din azadlığına zəmanət verir. Amma müsəlmanlar, xüsusilə də baş örtülü qadınlar təhsil sistemlərində və əmək bazarında tez-tez ayrı-seçkiliklə üzləşirlər.
(İQNA)

Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031