Məscidül-Həram və Məscidün-Nəbidə sosial məsafəyə riayət etmək ləğv edilib
Mьəllif: Admin
Tarix: 7-03-2022, 10:47
Bцlmə: Xəbərlər
Məscidül-Həram və Məscidün-Nəbidə sosial məsafəyə riayət etmək ləğv edilib
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi korona epidemiyası ilə bağlı bəzi qabaqlayıcı tədbirlərin ləğv edilməsini əmr edib. Bunlardan biri də bütün qapalı yerlərdə sosial məsafənin aradan qaldırılmasıdır.

Məscidül-həramın içərisindən işçilərin Məscidül-həramda ibadət edənlər və zəvvarlar arasında sosial məsafəyə riayət etmək üçün yapşıdırılmış etiketlərin topladığını göstərən şəkillər və videolar yayılıb. Amma bu müqəddəs yerlərdə maskadan istifadə etmək ​​hələ də zəruridir.

Yayımlanan videolarda Məscidül-həramda sosial məsafəyə riayət edilmədən ilk camaat namazının qılınması əks olunub.
(İQNA)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031