Putin: “Ukraynanın bütün hərbi infrastrukturu və HHM sistemləri məhv edilib”
Mьəllif: Admin
Tarix: 6-03-2022, 11:03
Bцlmə: Xəbərlər
Putin: “Ukraynanın bütün hərbi infrastrukturu və HHM sistemləri məhv edilib”
“Ukraynada hərbi infrastrukturun məhv edilməsi üzrə işlər demək olar ki, başa çatıb”.

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyat çərçivəsində demək olar ki, bütün hərbi infrastruktur və Hava Hücumundan Müdafiə sistemi məhv edilib.

O, əməliyyatın Baş Qərargahın təsdiq etdiyi plan üzrə getdiyini və Ukraynada olan Rusiya hərbi qüvvələrinin gücü ilə əməliyyatı başa çatdıracaqlarını deyib.

Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını da əlavə edib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31