Pakistanda şiə məscidinin partladılmasını İŞİD üzərinə götürüb
Mьəllif: Admin
Tarix: 5-03-2022, 11:20
Bцlmə: Xəbərlər
Pakistanda şiə məscidinin partladılmasını İŞİD üzərinə götürüb
Pakistanın Pişəvər şəhərində cümə namazı vaxtı 56 nəfərin ölümü ilə nəticələnən partlayışı İŞİD üzərinə götürüb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə terror təşkilatlarına yaxın saytlar məlumat yayıb.

Terror təşkilatı hücumu həyata keçirən kamikadzenin fotosunu yayımlayaraq, “Pişəvərdə şiələrin məbədi”nin gözətçilərinin öldürüldüyü və kamikadze ilə məscidin hədəfə alındığını bildirib.

Qeyd edək ki, bu terror aktı nəticəsində ölənlərin sayı 56-a çatıb və 60-dan çox yaralı var. Ölənlər arasında məscidin imamı habelə bir neçə azyaşlı uşaq var.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930