İslam Əməkdaşlıq Təşkilatı Pakistanda şiə məscidinə hücumu kəskin pisləyib
Mьəllif: Admin
Tarix: 5-03-2022, 11:19
Bцlmə: Xəbərlər
İslam Əməkdaşlıq Təşkilatı Pakistanda şiə məscidinə hücumu kəskin pisləyib
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Pakistanda şiə məscidində törədilən terror aktını pisləyib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha Pakistanın xarici işlər naziri ilə telefon danışığı zamanı Pişəvərdə ötən günkü terror aktını kəskin şəkildə pisləyib.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi bu hadisəni qətiyyətlə pisləyib və qeyd edib ki, terrorizm İslam ümməti və beynəlxalq ictimaiyyətin bir yerdə məhv etmək üçün birgə çalışmalı olduğu ortaq çağırışdır.

Bundan əvvəl İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, İslam dünyasının nüfuzlu müctəhidi Ayətullah Sistani, İraq Parlamentinin sədri və sair Pakistanın Pişəvər məscidində müsəlmanları parçalamaq məqsədi həyata keçirilmiş terror aktını kəskin şəkildə pisləyiblər.

Qeyd edək ki, bu terror aktında 56 nəfər şəhid olub və 60-dan çox yaralanıb.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031