Pakistanda şiə məscidində partlayış törədilib
Mьəllif: Admin
Tarix: 5-03-2022, 11:06
Bцlmə: Xəbərlər
Pakistanda şiə məscidində partlayış törədilib
Pakistanın Pişəvər şəhərində ötən gün cümə namazı vaxtı əsasən şiələrin toplaşdığı məsciddə törədilən partlayışda ölənlərin sayı 45-ə çatıb.

SalamNews İndependent- ə istinadla xəbər verir ki, bu barədə Pişəvərin Polis İdarəsinin zabiti Məhəmməd Saccad açıqlama verib.

Bildirilib ki, bu hücumda ölənlərin sayı 45-ə çatıb və daha 65 nəfər yaralanıb.

Partlayışın kamikadze tərəfindən məscidin içində həyata keçirildiyi deyilir.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930