Hindistan məhkəməsindən hicabla bağlı utancverici qərar
Mьəllif: Admin
Tarix: 13-02-2022, 10:46
Bцlmə: Xəbərlər
Hindistan məhkəməsindən hicabla bağlı utancverici qərar
Hindistan məhkəməsi qərar çıxarıb ki, Karnata ştatında oxuyan müsəlman tələbə və şagird qızlar hicab məsələsi ilə bağlı yekun qərar verilənədək hicabı çıxarmalıdır.

Xatırladaq ki, Karnatada artıq bir neçə həftədir ki, müsəlman tələbə qızların hicab hüquqlarının məhdulaşdırılması əleyhinə etirazlar edilir.

Radikal induist millətçilər isə ştat küçələrində yorulmaq bilmədən islamofob əhval-ruhiyyə yayırlar. Bunun fonunda müsəlman qızların valideynləri hicab qadağasının ləğvi ilə bağlı məhkəməyə müraciət edib.

Müsəlman tələbə təşkilatları Karnatakanın ali məhkəməsinin məlum bəyanatını pisləyib.

“Biz hesab edirik ki, bu – müsəlman qızlardan məhkəmə öz dinləmələrini başa çatdıranadək bir neçə günlüyünə öz dini baxışlarını kənara qoymasını tələb etmək, həqiqətən də, ədalətsizdir“, – deyə Hindistan İslami Tələbə Təşkilatının katibi Fəvaz Şahin bildirib.

Daha öncə isə Bharatiya Canata millətçi partiyasının nəzarətində olan ştat rəhbərliyi də məktəblərdə hicab qadağasını dəstəkləyib.
(Az.shafaqna.com)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031