Ayətullah Xamenei Ayətullah Gülpayiqaninin vəfatı münasibətilə başsağlığı verdi
Mьəllif: Admin
Tarix: 2-02-2022, 14:10
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Ayətullah Gülpayiqaninin vəfatı münasibətilə başsağlığı verdi
Ayətullah Safinin dünyadan köçməsi barədə Rəhbərin təsliyət mesajı:

Təəssüf, ali məqamlı fəqih, bəsirətli təqlid mərcəsi cənab Ayətullah Safi Gülpayiqaninin (rəhmətullahi əleyh) ölüm xəbərini aldım.

O, Qum Elm Hövzəsinin sütünlarından biri, elm və əməldə nümunə şəxs, mübarək hövzənin ən stajlı din alimi idi.

Ayətullah Safi Gülpayiqani inqilab dövründə İmam Xomeyninin inanıb-etibar etdiyi şəxs olmuşdur. İnqilabdan sonra da inqilab və ölkənin problemlərinin həlli üçün canıyananlıq etmişdir.

Dəfələrlə onun məşvərətlərindən bəhrələnmişəm. Onun əziz ailəsinə və böyük təqlid mərcələrinə başsağlığı bildirirəm.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31