Fransada ardıcıl olaraq islamofob hücumlar baş verir
Mьəllif: Admin
Tarix: 2-02-2022, 13:05
Bцlmə: Xəbərlər
Fransada ardıcıl olaraq islamofob hücumlar baş verir
Bazar günü naməlum şəxslər Fransanın cənub-qərbindəki Ben Enchanter şəhərində halal mağazasına hücum ediblər. Baş Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Yerli KİV-in məlumatına görə, hücum edənlər mağazanı yandırıb və nasizmin simvolu kimi divarlara iki sınmış xaç çəkiblər.

Yanğınsöndürənlər bildiriblər ki, yanğın mağazanın içindəki hər şeyi yandırıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Bazar ertəsi də naməlum şəxslər Fransanın cənub-qərbindəki Tuluza şəhərində İslami yas mərkəzinin də yerləşdiyi ticarət mərkəzinin qarşısındakı yol nişanının yanından donuz başını asıblar.

Bu mərkəzin əməkdaşı Camal Səkkak sosial şəbəkələrdəki hesabında yazı dərc edərək 6 ildir bu ərazidə yaşadığını qeyd edərək deyib:

"Üçüncü dəfədir ki, islamafobiya hücumuna məruz qalır. O, deyib ki, uşaqları üçün narahatdır və Fransada müsəlmanların vəziyyəti getdikcə pisləşir.
("İQNA")
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31