Ayətullah Gülpayiqani haqqın rəhmətinə qovuşdu
![]() İslam dünyasının tanınmış müctəhidi Ayətullah Safi Gülpayeqani bu gün İranın Qum şəhərində haqqın rəhmətinə qovuşub. Bu barədə mərhum alimin dəftərxanası bəyanat verib. Bəyanatda bildirilib ki, İslam dini və Əhli-Beyt (ə) yolunda böyük zəhmətlər çəkmiş müctəhid ötən gecə Qum şəhərində yerləşən Gülpayeqani xəstəxanasında 102 yaşında vəfat edib. Qeyd edək ki, Ayətullah Safi Gülpayeqaninın İslam dini və Əhli-Beyt (ə) maarifinin təbliği və izahı ilə bağlı yüzdən çox əsərin müəllifidir. Onun “Muntəxəbul-əsər fil-İmam əs-sani əşər” əsəri çox mütaliə edilən kitablar arasındadır. Əlavə edək ki, Ayətullah Safi Gülpayeqani İranın Nəzarətçilər Şurasının ilk katibi olub. "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" Lütfullah Safi Gülpayganinin vəfatı münasibətiylə ailəsinə, yaxınlarına, müctəhidlərə və şəxsiyyətinə hörmət qoyan bütün insanlara dərin hüznlə başsağlığı verir. Oxşar xəbərlər
|