Ucadan təkbir dediyi üçün Fransa müsəlman vətəndaşı məhkum edilib
Mьəllif: Admin
Tarix: 23-12-2021, 15:15
Bцlmə: Xəbərlər
Ucadan təkbir dediyi üçün Fransa müsəlman vətəndaşı məhkum edilib
Məhkəmə həmin şəxsi fundamentalist islam qruplaşmasının üzvü elan edib. O, ucadan təkbir (Allahu əkbər) deyərək ticarət mərkəzində qorxuya səbəb olduğu üçün 8 ay şərti həbs cəzası alıb.

52 yaşlı bu kişi həm də 750 avro cərimə və 2 il müddətinə ictimaiyyətdən məhrum edilib. Lakin onun 38 yaşlı yoldaşı ittihamlardan bəraət alıb.

Bu kişi məhkəmədə deyib: "Mən Korona epidemiyası ilə bağlı məhdudiyyətlər başa çatdıqdan sonra ölkənin şimalında dini mərkəzlərin açılacağını eşidib sevindim.

Uca səslə təkbir söyləməyim də bu xoş xəbərə emosional reaksiyam olmuşdur. Heç bir şəkildə qorxutmaq və ya zorakılıq etmək niyyətim olmayıb.
("İQNA")

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031