Müsəlmanlara qarşı soyqırımın təşkilatçılarından birinə hökm oxundu
![]() O, iğtişaşlara təhrik etmək və pandemiya əleyhinə tədbirləri pozmaqda ittiham edilib. Ölkənin hazırkı rəhbərliyinin rəsmisi general Zo Min Tun bildirib ki, Aun hər bir ittihama görə 2 illik həbs cəzası alıb. Tun deyib ki, cari cəza hələ yalnız başlanğıcdır və Aunu digər ittihamlar, o cümlədən də korrupsiya ilə bağlı ittihamlar gözləyir. Xatırladaq ki, Aunun rejimi ötən qış devrilib. Devrilmiş hökumətin birinci şəxsləri həbs ediliblər. Ölkədə bundan sonra etiraz aksiyaları başlayıb. Aun və onun başçılıq etdiyi rejim iki il öncə BMT tərəfindən müsəlman rohinca xalqına qarşı soyqırımda ittiham edilib. (operativ.tv) Oxşar xəbərlər
|