Prezidentin köməkçisi: “Azərbaycan Ermənistanla sülh sazişi imzalanması üzrə danışıqlara başlamağa hazırdır”
Mьəllif: Admin
Tarix: 2-12-2021, 21:32
Bцlmə: Xəbərlər
Prezidentin köməkçisi: “Azərbaycan Ermənistanla sülh sazişi imzalanması üzrə danışıqlara başlamağa hazırdır”
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazır olduğu açıqlanıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, sülh sazişində də əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığıdır: “Soçi görüşünün nəticələrini Azərbaycan müsbət qiymətləndirir.

Qəbul olunmuş Bəyanatda əks olunmuş fikirlər, həmçinin, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət dinamika var.

Eyni zamanda Ermənistan özü də regionda dəyişmiş geosiyasi reallığı tam şəkildə dərk etməlidir. Azərbaycan və Ermənistan arasında yekun sülhün olması Ermənistanın maraqlarına uyğun olacaq məsələdir.

Azərbaycan öz tərəfindən regionda sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.
(eastnews.org)

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930