Türkiyədə 450 illik əlyazma Quran nüsxəsi tapılıb
Mьəllif: Admin
Tarix: 24-11-2021, 21:18
Bцlmə: Xəbərlər
Türkiyədə 450 illik əlyazma Quran nüsxəsi tapılıb
Konya vilayətinin rəsmiləri, vilayətdə 16-cı əsrə və Sultan Səlimin hakimiyyəti dövrünə aid tarixi Qurani-Kərimin tapıldığını açıqlayıb.

İndiki Konya vilayətinin Qarapınar rayonundakı məsciddə olan bu Qurani-Kərim, Sultan Səlim tərəfindən məscidə bağışlanmışdır.

Bu nüsxənin əvvəlində nəstəlik xətti ilə nəfis bir əlyazma qeyd edilib. Daha sonra nəsx xətti ilə vəqf tarixi və onun qısa izahı yazılıb.

Bu əlyazmada Quranın mətni nəsx xəttilə yazılmışdır. Hər səhifədə ayələr düzbucaqlının içərisində yazılmışdır.

Bu əlyazmanın haşiyələri boşdur. Amma hər səhifənin yazı yeri qırmızı mürəkkəblə çəkilib. mətni qara mürəkkəblə yazılmışdır. Təəssüf ki, bu nəfis nüsxənin yalnız 10 hissəsi qalıb və digər hissələrin taleyi məlum deyil.

Bu nəfis əlyazma indi qorunmaq üçün xüsusi şüşə qabda saxlanılır və ictimaiyyətə göstərilir.
(İQNA)

Oxşar xəbərlər
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031