Ərdoğan müsəlman dövlətlərini Fələstin məsələsini unutmamağa çağırıb
Mьəllif: Admin
Tarix: 24-11-2021, 21:08
Bцlmə: Xəbərlər
Ərdoğan müsəlman dövlətlərini Fələstin məsələsini unutmamağa çağırıb
“Sona qədər Fələstin məsələsini dəstəkləmək əzmindəyik. Biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlət kimi Fələstin məsələsini yaddan çıxaran və onu zəiflədən hər bir addımdan imtina etməli və uzaq durmalıyıq.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İƏT-ın İqtisadi Əməkdaşlqı Komissiyasının nazirlər müstəvisində keçirilən toplantısına ünvanladığı məktubda deyib.

Türkiyə prezidenti bu müraciətində müsəlman dövlətlərini Fələstin məsələsini unutmamağa və mövzunu gündəmdə sxalamağa çağırıb.

“İordan çayının Qərb sahilində insanların məcburən köçürülməsinə, evlərin dağıdılması və yaşayış massivlərinin salınmasına yox deməliyik...

Biz gərək var gücümüzlə Fələstinin paytaxtı Qüdsü-Şərifin müqəddəsliyi və onun mövqeyini qoruyub saxlayaq”, deyə Türkiyə prezidenti beynəlxalq qəraralara istinadən və iki dövlətin təsisi prinsipinə əsaslanaraq, bölgədə sülh və sabitliyin əsas hədəf olduğunu bildirib.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031