Bu gün Gürcüstanda qeyri-iş günüdür
Müəllif: Admin
Tarix: 23-11-2021, 10:28
Bölmə: Xəbərlər
Bu gün Gürcüstanda qeyri-iş günüdür
Bu gün Gürcüstanda qeyri-iş günü ilə bağlı dövlət idarələri işləmir.

23 noyabr tarixi Gürcüstanda Giorgoba bayramı qeyd olunur.

Bu gün ölkədə bütün fəaliyyətdə olan kilsə-məbədlərdə bayram ibadət dua mərasimləri keçirilir.

Kilsə rəvayətlərinə əsasən, Müqəddəs Giorgi üçüncü əsrin ikinci yarısında Kapadokyada, zəngin xristian ailəsində anadan olmuşdur.

Sonralar, Roma imperatoru, Diokliatenin hökmdarlığı dövründə sərkərdə olmuşdur. Xristianlığın təqibi başladıqdan sonra, Giorgi imperatora qarşı çıxıb.

Bundan sonra, büdpərəst Roma imperatoru ondan xristinalıqdan imtina etməsini tələb edib. İşgəncələrdən sonra müqəddəs Giorginin 303-cü ildə isə başı kəsilərək öldürülüb.

Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi Giorqoba Bayramını ildə iki dəfə – 6 mayda onun müqəddəs elan edilməsi gününü və 23 noyabrda işgəncə verilməsi gününü qeyd edir.


www.24news.ge
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930