Türkiyə və İran gələn həftədən quru yolla turistlərin qarşılıqlı şəkildə səfərinə icazə verəcəklər
Mьəllif: Admin
Tarix: 8-11-2021, 19:35
Bцlmə: Xəbərlər
Türkiyə və İran gələn həftədən quru yolla turistlərin qarşılıqlı şəkildə səfərinə icazə verəcəklər
İran və Türkiyə vətəndaşları gələn həftədən etibarən quru yolla qarşılıqlı şəkildə səfər edə biləcəklər.

SalamNews xəbər verir ki, bu barədə İranın Nəqliyyat və Yükdaşıma Təşkilatının rəsmisi Məhəmməd Cavad Hidayəti İSNA-a məlumat verib.

Bildirilib ki, gələn həftə Türkiyə və İranın aidiyyatı qurumlarının iclası keçiriləcək və iclasdan sonra turistlərin quru yolla qarşılıqlı səfərinə icazə veriləcək.

Əlavə edilib ki, koronavirusa qarşı vaksinin qəbul edilməsi bu səfərin əsas şərtidir.

Məlumata görə müntəzəm avtobus reysləri də iki ölkə arasında gələn həftədən həyata keçiriləcək.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031