Çavuşoğlu: "Biz "Taliban"ı tanımağa tələsmirik"
Mьəllif: Admin
Tarix: 7-11-2021, 11:30
Bцlmə: Xəbərlər
Çavuşoğlu: "Biz "Taliban"ı tanımağa tələsmirik"
Türkiyənin xarici işlər naziri deyib ki, ölkəsi "Taliban" qruplaşması ilə qarşılıqlı əlaqədə olsa da onu tanımağa tələsmir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin "Taliban"ı tanımağa tələsmədiyini bildirib.

Türkiyə Milli Məclisinin Büdcə Komitəsinin iclasından sonra jurnalistlər arasında olan Çavuşoğlu da Ankaranın "Taliban" hökuməti ilə qarşılıqlı əlaqədə olduğunu vurğulayıb:

"Biz Əfqanıstana biganə qala bilmərik. Ortaq tarixi bağlar və nəsillər ilə yanaşı, biz Əfqanıstanda investisiya sahəsində və bir çox başqa sahələrdə iştirak edirik.

Terrorizm, immiqrasiya və narkotik təhlükələri öz mənşəyindən uzaqlaşdırılmalı və Əfqanıstanda iqtisadi çöküşün və humanitar böhranın qarşısı alınmalıdır, çünki böhran olduğu yerdə idarə olunmasa, fəsadlar birbaşa hər kəsə təsir edəcək".
(eastnews.org)

Oxşar xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031