İran və Azərbaycan birgə komitə yaradacaq
Mьəllif: Admin
Tarix: 6-11-2021, 10:59
Bцlmə: Xəbərlər
İran və Azərbaycan birgə komitə yaradacaq
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, Tehran-Bakı münasibətləri müsbət qonşuluq yolundadır.

İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada Əmir Abdullahiyan "Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, amma önəmli olan odur ki, hər iki tərəfdə maneələri aşmaq üçün ciddi iradə var.

Mən və həmkarım cənab Ceyhun Bayramov iki ölkə adından əlaqələrimizi yaxşılaşdırmaq və anlaşılmazlıqları aradan qaldırmaq üçün əlaqələrimizi və müsbət müşavirələrimizi davam etdiririk", - deyə bildirib.

Əmir Abdullahiyan bildirib ki, bu kontekstdə iki tərəf medianı və ümumi vəziyyəti daha yaxşı idarə etmək üçün əməkdaşlığı artırmaq və birgə komitə yaratmaq qərarına gəlib.

"Biz qonşularımızı öz qohumumuz kimi tanıyırıq və bu çərçivədə qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk", - nazir Əmir Abdullahiyan bildirib.
(eastnews.org)

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031