Ərdoğan: “ABŞ-ın terror təşkilatlarına dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”
![]() İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib. ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib. “Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - Türkiyə lideri vurğulayıb. Ərdoğan Əfqanıstandan yeni miqrasiya dalğasına da toxunub. “Biz tədbirlərimizi görürük və bu nöqtədə qapılarımızı kütləvi miqrasiyaya açmaq niyyətində deyilik”, - Türkiyə Prezidenti bildirib. Türkiyə rəhbəri Avropa Birliyinin öz ordusunu qurmaqla bağlı müzakirələrin nəticəsinə inanmadığını qeyd edib. “Bu mümkün bir layihə deyil, mümkün deyil”, - Ərdoğan AB ordusunun yaradılacağı barədə suala cavabında deyib. Türkiyə Prezidenti Fransa Prezidenti Emmanuel Makronla görüşdə Cənubi Qafqazdakı vəziyyət və bölgədə atılan addımların müzakirə olunduğunu bildirib. Oxşar xəbərlər
|