Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirdi
Mьəllif: Admin
Tarix: 23-10-2021, 23:04
Bцlmə: Xəbərlər
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirdi
Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, Kreml bu barədə dərhal məlumat verəcəyi açıqlanıb.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, mətbuatda noyabrın birinci on günlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi və üçtərəfli bəyanatın imzalanacağı ilə bağlı məlumat yayılıb.

Məlumata əsasən, noyabrın 9-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki sənəd imzalanacaq.

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənəd isə regionda kommunikasiya əlaqələrinin açılmasını, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.
(eastnews.org)

Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930