UNİCEF: “Yəməndə 10 mindən çox ölən və əlil olan uşaq var”
Mьəllif: Admin
Tarix: 21-10-2021, 18:00
Bцlmə: Xəbərlər
UNİCEF: “Yəməndə 10 mindən çox ölən və əlil olan uşaq var”
BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) 2015-ci ildə Yəməndə vətəndaş müharibəsi başlayandan etibarən münaqişələrdə ölən və ya əlil olan uşaqların sayının 10 mini keçdiyini qeyd edib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, UNİCEF-in sözçüsü Ceyms Elder Yəməndəki humanitar böhrandakı son vəziyyəti BMT-nin Cenevrədəki Ofisində təşkil etdiyi mətbuat konfransında qiymətləndirib.

Yəmənin şimal və cənub bölgələrində bir çox uşağın çətin vəziyyətdə gördüyünü qeyd edən Elder, belə danışıb: “Getdiyim bölgələrdə pediatrlar, müəllimlər və tibb bacıları ilə görüşdüm. Mənə söylədikləri əhvalatlar ölkənin tamamilə dağılmaq ərəfəsində olduğunu əks etdirirdi”.

Elder Yəməndə humanitar böhrana səbəb olan amillərin şiddətli qarşıdurmalar, iqtisadi tənəzzül sağlamlıq, qidalanma, su, sanitariya, təhlükəsizlik və təhsil kimi sistemlərin dağıdılması və çatışmayan BMT yardımı olduğunu vurğulayıb.

Hər 5 uşaqdan 4-nün humanitar yardıma ehtiyacı var

Yəməndəki son vəziyyətə dair statistikaya toxunan Elder, belə deyib: “Hər 5 uşaqdan 4-nün humanitar yardıma ehtiyacı var ki, bu da 11 milyondan çox uşaq deməkdir. 400.000 uşaq qeyr-kafi qidalanmadan əziyyət çəkir.

2 milyondan çox uşaq təhsil almır və 4 milyon uşaq təhsildən yayınma riski altındadır. Müəllimlərin üçdə ikisi, yəni 170 min insan, son 4 ildə davamlı maaş ala bilmir. Münaqişə nəticəsində 1,7 milyon uşaq didərgin düşüb. 15 milyon mülki vətəndaş, o cümlədən 8,5 milyon uşaq içməli su, sanitariya və gigiyenadan istifadə edə bilmir”.

UNICEF-in yardımlarının Yəməndəki humanitar böhranı müəyyən dərəcədə yüngülləşdirdiyini vurğulayan Elder, belə deyib: “Daha çox beynəlxalq yardım olmasa, bu humanitar böhranın ağırlığını daşıyan daha çox uşaq öləcək”.

Yəmənin indiyə qədər ölən və yaralanan uşaq sayı ilə utanılası bir dönüş nöqtəsinə girdiyini vurğulayan Elder, belə davam edib: “Müharibənin başladığı 2015-ci ilin mart ayından etibarən öldürülən və ya şikəst olan uşaqların sayı 10 mini keçdi. Bu rəqəm gündə 4 uşaq deməkdir”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031