2021-ci il Nobel mükafatlarını kim, nəyə görə aldı?
Müəllif: Admin
Tarix: 13-10-2021, 10:37
Bölmə: Xəbərlər
2021-ci il Nobel mükafatlarını kim, nəyə görə aldı?
2021-ci il Nobel mükafatlarının bütün qalibləri açıqlansa da, yeni növ koronavirus epidemiyası səbəbindən mükafatlar bu il bir mərasimlə qaliblərinə verilməyəcək.

Tibb üzrə Nobel mükafatçıları

Nobel komitəsi oktyabrın 4-də David Culius və Ardem Patapoutianı “istilik və təmas reseptorlarını kəşf etdikləri üçün” 2021-ci il tibb üzrə Nobel mükafatına layiq görüldüyünü elan edib.

Fizika üzrə mükafatçılar

Oktyabrın 5-də isə, fizika üzrə Nobel mükafatı Syukuro Manabe, Klaus Hasselmann və Giorgio Parisiyə verilib.

“Yerin iqlimini fiziki modelləşdirən, qlobal istiləşməni dəqiq proqnozlaşdıran və dəyişkənliyini ölçən” yaponiyalı meteoroloqu və iqlimşünas Manabe ilə almaniyalı okeanşünas və iqlim modelləşdiricisi Hasselmannın kompleks sistemlərin anlaşılmasına əsaslı töhfələr verdikləri bildirilir.

Mükafatın digər yarısına layiq görülən italiyalı nəzəriyyəçi fizik Parisinin atomdan planetar ölçüyə qədər fiziki sistemlərdə dalğalanma və nizamsızlığın qarşılıqlı təsirini kəşf etməsinə görə bu mükafatı qazandığı bildirilib.

Kimya üzrə mükafatçılar

Oktyabrın 6-sı kimya üzrə Nobel mükafatına asimmetrik orqanokataliz işlərinin aparılmasına görə, almaniyalı kimyaçı Benjamin List və Şotlandiya əsilli amerikalı kimyaçı David V.C. MakMillan layiq görülüb.

Ədəbiyyat üzrə mükafatçılar

Ədəbiyyat üzrə Nobel mükafatı 7 oktyabrda Zanzibar əsilli roman yazıçısı Abdulrazak Gurnahın mədəniyyətlər və qitələr arasındakı körfəzdəki müstəmləkəçiliyin təsirlərini və qaçqınların taleyinə nüfuz etməsindən dolayı layiq görüldüyü elan edilib.

Nobel Sülh mükafatçıları

Oktyabrın 8-də isə, filippinli və rusiyalı jurnalistlər Mariya Ressa və Dmitri Andreyeviç Muratovun Demokratiya və ifadə azadlığına verdikləri töhfələrə görə, Nobel Sülh Mükafatına layiq görüldüyü açıqlanıb.

İqtisadiyyat üzrə mükafatçılar

Nəhayət, oktyabrın 11-də iqtisadçılar David Kard Coşua D. Anqrist və Qvido V. İmbensin səbəbli əlaqələrin analizinə metodiki töhfələrinə görə, iqtisadiyyat üzrə Nobel mükafatını qazandıqları elan edilib.

Nobel mükafatları bu il yeni növ koronavirus (Covid-19) epidemiyasına görə mərasimlə verilməyəcək. Mükafat alanlar medallarını öz ölkələrində qəbul edəcəklər.



Deyerler.org
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031