Ayətullah Xamenei Əfqanıstandakı terror aktına münasibət bildirdi
Mьəllif: Admin
Tarix: 11-10-2021, 10:43
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Əfqanıstandakı terror aktına münasibət bildirdi
İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei Əfqanıstanın şimalındakı Künduz vilayətində bir çox Əfqanıstan vətəndaşının ölümü və yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar başsağlığı mesajı verib.

Ayətullah Xamenei mesajında ​​bunları söyləyib: "Künduz vilayətinin Xan-Abad bölgəsində bir məsciddə baş verən və çox sayda ibadət edən möminin ölümü ilə nəticələnən bu acı hadisə bizi dərindən kədərləndirdi.

Qonşu və qardaş ölkə Əfqanıstanın hökumətindən bu böyük cinayəti törədənləri cəzalandırması və bu cür faciələrin təkrarlanmaması üçün lazımi tədbirləri görməsi mütləqdir.

Bu hadisədə şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr və başsağlığı, yaralıların isə tezliklə sağalmasını diləyirik".

Xatırladaq ki, Əfqanıstanın şimalındakı Künduz vilayətinin Xan-Abad bölgəsindəki şiə məscidinə cümə namazı zamanı edilən bomba hücumunda 46 nəfərin öldüyü, 143 nəfərin isə yaralandığı açıqlanmışdı.
(eastnews.org)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031