Əfqanıstanda məsciddə terror aktı; ölənlər var
Mьəllif: Admin
Tarix: 3-10-2021, 21:09
Bцlmə: Xəbərlər
Əfqanıstanda məsciddə terror aktı; ölənlər var
ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanı ələ keçirən "Taliban" paytaxt Kabildə məscidə bomba hücumu nəticəsində mülki şəxslərin öldüyünü bildirib.

Hədəf seçilən Əidgah məscidində "Taliban" sözçüsü Zəbihullah Mücahidin anasının anım mərasiminin keçirildiyi bildirilib.

"Taliban" hücumda 12 nəfərin öldüyünü və 32 nəfərin yaralandığını açıqlayıb.

Avqustun 26-da "İŞİD-Xorasan" terror qruplaşması tərəfindən Kabil aeroportuna edilən hücumlarda onlarla insan həlak olmuşdu.
(eastnews.org)

Oxşar xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728