Bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir
Mьəllif: Admin
Tarix: 2-10-2021, 12:46
Bцlmə: Xəbərlər
Bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir
Ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər səhər saat 08:00-dan etibarən başlayıb.

Bu gün ölkə ərazisində 65 şəhərə mer və 64 rayonun sakrebulosuna proporsional və majoritar sistem üzrə 2 068 deputat seçiləcək.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata əsasən, ölkə üzrə 3 664 seçki məntəqəsində qeydiyyata alınan seçicilərin sayı 3 497 345 nəfər təşkil edir.

Qeyd edək ki, seçkiləri 31 310 nəfər yerli, 1 024 nəfər isə beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini yerli və xarici 109 media qurumun 2 927 nümayəndəsi işıqlandıracaq.

Xatırladaq ki, bələdiyyə başçısı seçkilərində 50%-dən çox səs toplayan namizəd qalib gələcək. Namizədlər lazımi miqdarda səs toplaya bilməsələr, ikinci tur seçkilər keçiriləcək.



www.24news.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930