Həzrət Əbülfəzl Abbas (ə) hərəmi: “Ərbəinə 16 milyondan çox zəvvar iştirak etdi”
Mьəllif: Admin
Tarix: 28-09-2021, 22:21
Bцlmə: Xəbərlər
Həzrət Əbülfəzl Abbas (ə) hərəmi: “Ərbəinə 16 milyondan çox zəvvar iştirak etdi”
Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı sentyabrın 28-i verdiyi açıqlamasında bildirib ki, 1443-cü hicri-qəməri ili 7 səfərdən 20 səfər günortaya qədər on altı milyon üç yüz iyirmi yeddi min beş yüz qırx iki (16,327,542) nəfər Kərbəlada Ərbəin ziyarətində iştirak edib.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı hicri 1442-ci il İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya daxil olan zəvvarların elektron sayma sisteminə görə siyahısını açıqlayıb.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı Rabitə Şöbəsi tərəfindən Kərbəlanın əsas girişlərində elektron sayma sistemi vasitəsi ilə 6-cı ildir ki, ziyarətçi sayının sənədləşdirilməsi xidməti aparılır.

Elektron sayma sisteminə əsasən və beş əsas girişdə qeydiyyatdan keçən ziyarətçilərin sayı (Bağdad - Kərbəla) (Nəcəf - Kərbəla) (Babil - Kərbəla) (Hüseyiniyə - Kərbəla) (Əl-Hürr - Kərbəla) 1443-cü hicri ili üçün 7 səfərdən 20 səfər günortaya qədər 16 milyon 327 min 542 nəfərdir.

Bəyanatda son altı ildə elektron sayma sisteminə görə ziyarətçilərin sayına dair statistik məlumatlar yer alıb:

1- 1443-cü hicri ili üçün 16.327.542 nəfər zəvvar.

2- 1442-ci hicri ili üçün 14.553.308 nəfər zəvvar.

3- 1441-ci hicri ili üçün 15,229,955 nəfər zəvvar

4- 1440-cı hicri il üçün 15.322.949 nəfər zəvvar.

5- 1439-cu hicri ili üçün 13.874.818 nəfər zəvvar.

6- 1438-ci hicri ili üçün 11.210.367 nəfər zəvvar.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031