Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi
Mьəllif: Admin
Tarix: 27-09-2021, 21:39
Bцlmə: Xəbərlər
Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası və öndəri Həzrət Əba-Əbdillah Hüseynin (ə) şəhadətinin ərbəini (qırxgünlüyü) münasibətilə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə matəm mərasimi təşkil edildi.

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, mərasim tələblərin toplaşdığı Tehran universitetindən İmam Xomeyni (r.ə) adına hüseyniyyə ilə video konfrans formatında təşkil olunub.

Ali Rəhbər Ayətullah Xamenei mərasimdə çıxış edib və Aşura günündən Ərbəin gününə qədərki dövrü İslam tarixində çox önəmli bir dövr adlandırıb.

Ali Rəhbər bildirib ki, əgər Aşura günü əziz və dəyərli canların fədakarlığı və cihadın ən uca zirvəsi günü idisə, ondan sonrakı 40 gün həqiqətlərin ifşası və bəyan edilməsi üçün cihadın ən uca zirvəsi idi.

Bu bəyan İmam Səccadın (ə), Həzrət Zeynəbin (s.ə), Həzrət Ümmü-Kulsumun (s.ə) cihadı və Peyğəmbər Əhli-beytinin inanılmaz səbri idi və bu fədakarlıqlar Kərbəla qiyamının əbədi qalmasına səbəb oldu.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031