ABŞ İraqın 350 milyard dollarlıq neftini talan edib
Mьəllif: Admin
Tarix: 24-09-2021, 21:18
Bцlmə: Xəbərlər
ABŞ İraqın 350 milyard dollarlıq neftini talan edib
ABŞ İraqı işğal etdikdən sonra, ölkədən qanunsuz olaraq təxminən 350 milyard dollarlıq neftini qaçaq yolla çıxarıb, lakin Bağdad bu vəsaitləri ölkəyə qaytarmağa çalışır.

Bildirildiyi kimi, İraq 17 il qanunsuz olaraq ölkədən çıxarılmış və heç vaxt geri qaytarılmayan neftin gəlirlərinin ölkəyə geri qaytarılması imkanlarını nəzərdən keçirir.

ABŞ-ın İraqa hücumu zamanı 350 milyard dollardan artıq pulun boşa xərclənməsi qeyd edilir.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, İraq Milli Məclisi Maliyyə Komitəsinin üzvü Rahim Əl-Dərəcə İraq xaricinə ixrac edilən qaçaq malların bildirilən dəyərinin 350 milyard dollar olduğunu söyləyib.

Bəzi məlumatlara görə, bu rəqəm 450 milyard dolları keçir. 2003-2014-cü illər ərzində təxminən 360 milyard dollar, 2014-2018-ci illərdə isə 90 milyard dollar qaçaq yollarla İraqdan çıxarılıb.

İraqın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu şəkildə çıxarılan və xarici banklarda olan pulları araşdırır və izləyir.

Komitə bu işdə iştirak edən fiziki və hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə çalışır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930