İraqın müdafiə naziri: “Əl-Həşduş Şəbi Ərbəin mərasiminin təhlükəsizliyini təmin edən əsas sütunlardan biridir”
Mьəllif: Admin
Tarix: 21-09-2021, 22:00
Bцlmə: Xəbərlər
İraqın müdafiə naziri: “Əl-Həşduş Şəbi Ərbəin mərasiminin təhlükəsizliyini təmin edən əsas sütunlardan biridir”
İraqın müdafiə naziri Kərbəlaya səfəri zamanı Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) təşkilatının İmam Hüseynin (ə) Ərbəin mərasiminin təhlükəsizliyini təmin edən əsas sütunlardan biri olduğunu söyləyib.

Deyerler.org xəbr verir ki, dünən (19 sentyabr) təhlükəsizlik planlarını və Ərbəin Hüseyni (AS) mərasiminə hazırlıq işlərini nəzərdən keçirmək üçün Kərbəlaya gələn İraqın müdafiə naziri Cuma Ənad Əs-Saadun, Əl-Həşduş Şəbi təşkilatının təhlükəsizliyin təmin edilməsindəki əhəmiyyətindən danışıb.

Burathanews-un məlumata görə, İraqın müdafiə naziri Kərbəla ziyarəti zamanı Ərbəin mərasimi ilə əlaqədar təhlükəsizlik planları və həyata keçirilmə mexanizmləri haqqında məlumatlandırılıb və ona Müdafiə Nazirliyi,

Daxili İşlər Nazirliyi və Əl-Həşduş Şəbi təşkilatı da daxil olmaqla üç tərəfə əsaslanan proqram və mexanizmlər haqqında məlumat verilib:

“Əl-Həşduş Şəbi təşkilatı Müdafiə və Daxili İşlər Nazirliyi ilə birlikdə, Ərbəin mərasiminin təhlükəsizlik planının və zəvvarlarının təhlükəsizliyinin əsas sütunlarından biridir.

Təhlükəsizlik bölmələrimiz 18 ildir Ərbəin mərasimlərini təmin etdikləri üçün milyonlarla zəvvarı qarşılamaq üçün lazımlı təcrübəyə malikdir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930