Yəmən ordusu Məaribdə 1600 kvadrat kilometrlik ərazini azad etdi
Mьəllif: Admin
Tarix: 19-09-2021, 09:52
Bцlmə: Xəbərlər
Yəmən ordusu Məaribdə 1600 kvadrat kilometrlik ərazini azad etdi
Yəmənin Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii ölkədəki bir neçə böyük hərbi əməliyyatın təfərrüatlarını açıqlayıb və Səudiyyə rejiminə qarşı onlarla uğurlu raket və PUA əməliyyatı keçirildiyini bildirib.

Deyerler.org MMY-yə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii cümə günü (17 sentyabr) keçirdiyi mətbuat konfransında Əl-Bəs Əş-Şədid (Sərt cəsarət) əməliyyatının təfərrüatlarını elan edib.

Sözçü əvvəlcə deyib ki, Yəmən ordusunun Məarib vilayətində bənzərsiz hərbi əməliyyatı böyük ərazilərin azad edilməsinə səbəb olub: “Məarib vilayətindəki hərbi əməliyyat bir neçə ay davam etdi, lakin nəzərdə tutulan məqsədlərə elə nail olundu ki, bu əməliyyatlar vilayətdə böyük ərazilərin azad edilməsinə və muzdlu əsgərlərin bu ərazilərdən qovulmasına səbəb oldu.

Çoxtərəfli hücumla qüvvələrimiz Yəmən ərazisini təcavüzkarlardan və işğalçılardan azad etmək üçün yeni mərhələyə başladı. Silahlı qüvvələrimiz yeni marşrutlar açdı və hərbi coğrafiyaya uyğun olaraq xüsusi taktikalar apardılar.

Pilotsuz uçuş aparatı və raket bölməsi Yəmən daxilində 128, Səudiyyə Ərəbistanının (Səud rejimi) daxilində həyata keçirilən 33 uğurlu hərbi əməliyyat həyata keçirdi. Qüvvələrimiz bu əməliyyatlarda Bədr, Nəkal, Qasım, Zülfiqar və Qüds 2 raketlərindən istifadə etdi”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü çıxışının davamında bunları deyib: “PUA birliyimiz 319 əməliyyat həyata keçirdi ki, onlardan 136-sı düşmən ölkəsinin ərazisini hədəfə aldı və digər 183 əməliyyat da Yəmən torpaqlarında keçirildi”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü deyib ki, Yəmənin mücahidləri, mühəndislik və tank əleyhinə birləşmələri və zirehli maşın bölməsi bu döyüşdə əsas rol oynayıblar: “Ordu böyük miqdarda hərbi texnikanı düşməndən almağı bacardı. Əməliyyat zamanı düşmənin 3000 canlı qüvvəsi öldürüldü, 12400 nəfəri yaralandı və 550 nəfəri əsir götürüldü.

Yəmən qüvvələri Əl-Bas Əş-Şədid əməliyyatı zamanı təxminən 1600 kvadrat kilometr ərazini azad edə bildilər.

Bu əməliyyatın ən əhəmiyyətli nəticələrindən biri, son illərdə düşmənin ən böyük hərbi bazası olan Moss bazasının azad edilməsi oldu”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930