İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub
Mьəllif: Admin
Tarix: 16-09-2021, 12:26
Bцlmə: Xəbərlər
İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub
Bir aylıq fasilədən sonra İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub.

Bu barədə "Əl-Aləm" telekanalı məlumat yayıb.

Məlumata görə, sentyabrın 15-də Məşhəd şəhərindən uçan İranın "Mahan Air" aviaşirkətinə məxsus təyyarə göyərtəsindəki 19 sərnişinlə Kabilin hava limanına enib.

Təyyarə daha sonra sərnişinlərlə birlikdə Kabildən Məşhəd şəhərinə uçub.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Kabil hava limanının Uçuşları İdarəetmə Mərkəzi müəssisənin sistemlərinin sıradan çıxdığını və BMT-nin nəzarətinə verildiyini bildirmişdi.

Bunun ardınca Əfqanıstanın hava məkanı bütün uçuşlar üçün bağlanmışdı. Ona görə də avqustun 16-dan etibarən İran Mülki Aviasiya Təşkilatı, o cümlədən "Mahan Airlines" Kabilə uçuşu dayandırmışdı.
(eastnews.org)

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031