"Taliban" beynəlxalq ictimaiyyətə çağırış etdi
Mьəllif: Admin
Tarix: 16-09-2021, 12:24
Bцlmə: Xəbərlər
"Taliban" beynəlxalq ictimaiyyətə çağırış etdi
“Taliban” beynəlxalq birliyi müvəqqəti hökumətini tanımağa və Əfqanıstanın maliyyə aktivlərinin açmağa çağırıb.

Bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid Yaponiyanın NHK telekanalına bu gün təqdim olunan müsahibəsində bildirib.

“Biz diplomatiya yolu ilə beynəlxalq ictimaiyyətlə yaxşı münasibətlər qurmaq istəyirik. Əfqanıstana fayda verəcək hər şey beynəlxalq birliyə fayda verəcək və Əfqanıstanın sabitliyi dünya üçün vacibdir”, - deyə o bildirib.

Z.Mücahid beynəlxalq ictimaiyyəti “Taliban” hökumətini tanımağa və Əfqanıstanın xarici maliyyə aktivlərini açmağa çağırıb, xüsusən də mövcud hökumətin müvəqqəti olduğunu vurğulayıb və onu daha şaxəli və əhatəli hala gətirmək üçün müzakirələrin aparıldığını qeyd edib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930