"Taliban"nın formalaşdırdığı hökumət rəsmiləri ilə ilk dəfə bu ölkənin naziri görüşdü
Mьəllif: Admin
Tarix: 13-09-2021, 22:06
Bцlmə: Xəbərlər
"Taliban"nın formalaşdırdığı hökumət rəsmiləri ilə ilk dəfə bu ölkənin naziri görüşdü
Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd ibn Əbdürrəhman əl-Sani Əfqanıstanın paytaxtı Kabil şəhərinə rəsmi səfər reallaşdırıb.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Şeyx Məhəmməd ibn Əbdürrəhman əl-Sani səfəri çərçivəsində "Taliban" qruplaşmasının yeni formalaşdırdığı hökumətin Baş Naziri Molla Məhəmməd Həsən Axund və Nazirlər Kabinetinin üzvləri ilə görüşüb.

Görüş zamanı Əfqanıstanda baş verən hadisələr, qarşılıqlı əlaqələr və əməkdaşlıq məsələləri müzakirəyə çıxarılıb.
(eastnews.org)

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31