Ayətullah Xamenei başsağlığı verib
Mьəllif: Admin
Tarix: 4-09-2021, 10:36
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadinin vəfatı münasibətilə başsağlığı verib.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Mənim qədim həmkarım general-polkovnik cənab Seyid Həsən Firuzabadinin vəfatı münasibətilə hörmətli ailəsinə, övladlarına və digər qohumlarına başsağlığı verirəm.

Bir ömür konstruktiv mübarizəsi - Məşhəddə tələbəlik dövründəki mübarizəsindən tutmuş İslam İnqilabının qələbəsindən sonrakı illərdəki müxtəlif və geniş fəaliyyətlərinə qədər, o cümlədən, Ali Müdafiə Şurasındakı fəaliyyəti, xüsusilə, uzun müddət Silahlı Qüvvələrinin baş qərargah rəisi vəzifəsində çalışması və sonda Məsləhət Şurasındakı üzvlüyü kimi fəaliyyətlərinin hamısı bu çalışqan və xeyirxah qardaşın mənəvi və axirət zəxirəsidir.

Bəndəçilik, dindarlıq, sadiqlik, iman və inqilabçı əməlində sabitqədəmlik bu dəyərli qardaşın həmişəki böyük imtiyazlarındandır. İnşallah, bütün bu səciyyəvi xüsusiyyətlər onun ilahi rəhmət və razılığa şamil olmasına səbəb olacaq. Allah-Taaladan onun üçün ilahi məğfirət, yaxınlarına isə aramlıq və səbir diləyirəm!"
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930