Amerikalı diplomatdan şəhid Qasım Süleymani etirafı
Müəllif: Admin
Tarix: 31-08-2021, 10:12
Bölmə: Xəbərlər
Amerikalı diplomatdan şəhid Qasım Süleymani etirafı
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin şəhid komandiri general-leytenant Hacı Qasım Süleymaninin terror edilməsi ilə əlaqədar çox əhəmiyyətli etiraf edib.

Deyerler.org xəbər verir ki, Əl-Mayadin xəbər şəbəkəsi sionist mediasına istinadən Robert Malleyin şəhid general Süleymaninin terror edilməsinin ABŞ-ın təhlükəsizliyinə zərbə vurduğunu söyləyib: “(Şəhid general) Süleymaninin öldürülməsi (terror edilməsi) dünyanı İrana qarşı daha da aciz vəziyyətə saldı. ABŞ sui-qəsd hazırlayaraq məşhur iranlı komandir Qasım Süleymanini öldürərək böyük səhvə yol verdi.

Beləliklə, ABŞ xalqına “İndi daha təhlükəsizsiniz” dedilər, halbuki əksinə oldu və indi ABŞ xalqı və hərbçiləri artıq heç bir yerdə təhlükəsiz deyillər.

Bizə dedilər ki, bu sui-qəsdin məqsədi Amerika xalqını təhlükəsizlikdə saxlamaqdır, halbuki həqiqət tam əksinədir və indi bu hadisədən üç il keçsə də, hər şey aydındır, ABŞ əvvəlkindən daha az təhlükəsizdir, çünki İran daha geniş nüvə proqramına malikdir (JCPOA-dan əvvəl) və regional fəaliyyətini gücləndirib. ABŞ böyük səhv etdi ...”.

Xatırladaq ki, iki gün əvvəl İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-a xəbərdarlıq edərək “ABŞ Qasım Süleymaninin hesabını verəcək” demişdi: “Amerika dövləti Qüds Qüvvələrinin komandanı, şəhid general Süleymaniyə etdiyi sui-qəsd mövzusunda cavab verəcək və bundan qaça bilməyəcək”.

Xatırlayırsınızsa, ABŞ-ın prezidenti Trampın şəhid Qasım Süleymaninin öldürülməsinə əmr verdiyini bildirməsindən cəmi 5 gün sonra, İran ABŞ-ın bölgədəki ən böyük hərbi bazalarından olan Əynul Əsədə və bir həftə sonra MKİ-nın regional rəhbərini daşıyan təyyarəni raketlərlə məhv etdi.

Bəzi məlumatlara görə, təyyarə Əfqanıstan səmalarında Hindu Kuş dağlarında ABŞ-ın bir vaxtlar Taliban üçün payladığı xüsusi raketlə vurulub və sağ qalan yoxdur ...

Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031