Ayətullah Xamenei ölkə prezidenti və yeni hökumət kabinetinin üzvlərini qəbul edib
Mьəllif: Admin
Tarix: 28-08-2021, 18:00
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei ölkə prezidenti və yeni hökumət kabinetinin üzvlərini qəbul edib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün ölkə prezidenti və hökumət kabinetinin üzvlərini qəbul edib.

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Hökumət həftəsi, habelə İslam İnqilabının ilk illərində ölkə başçısı və baş nazir postlarını tutmuş mərhum Rəcayi və Bahünərin şəhid olmalarının ildönümü münasibətilə keçirilən bu görüşdə Ali Rəhbər hökumətin xalqa xidmət etmək üçün hər bir fürsətdən tam gücü ilə istifadə etməsini tövsiyə edib.

Ali Rəhbər hökumətin ölkənin idarəetməsinin bütün sahələrində inqilabçı, ağıllı və düşüncə ilə hərəkət etməsinin zərurətini vurğulayıb.

Ayətullah Xamenei hökuməti iqtisadi sahələrədə ədalətli olmağa, korrupsiya ilə mübarizə aparmağa, xalqda ümid və etmiad yaratmaq və hökumətin strukturunda birlik, nüfuz və hərtərəfli olmaq haqqında tövsiyələr verib.

Ali Rəhbər çıxışının davamında ölkənin xarici siyasətindən danışıb və xarici siyasətdə daha çox fəal olmağın zərurətini vurğulayıb. “Diplomasiyada iqtisadi sahə üzrə əməkdaşlıqlar daha da gücləndirilməldiir. Bir çox ölkələrdə prezidentin özü iqtisadi diplomasiyanı diqqətdə saxlayır. Ölkənin iqtisadi diplomasiyası bu baxışla gücləndirilməlidir.”

Ayətullah Xamenei 15 qonşu ölkə və eləcə də, bir-iki ölkəni çıxmaq şərti ilə dünyanın bir çox ölkələri ilə əməkdaşlığın artırılmasının zərurəti və mümkünlüyündən danışıb:

“Diplomasiya nüvə məsələsindən təsirlənməməlidir. Ona görə ki, nüvə məsələsi ayrı bir məsələdir və əlverişli və ölkəyə layiq bir formatda həll olunmalıdır.”

Ali Rəhbər nüvə məsələsində amerikalıların kobudluq həddini həqiqətən də aşdığını bildirib və qeyd edib ki, hamının gözü qarşısında Hərətərfli Birgə Fəaliyyət Planından (HBFP) çıxmaqlarına baxmayaraq, indi də tələbkarcasına elə danışırlar ki, guya İslam Respublikası HBFP-dan çıxıb və öhdəliklərini yerinə yetirməyib. “ABŞ HBFP-dan çıxdıqdan çox müddət sonraya kimi İran heç bir addım atmadı və uzun müddətdən sonra xəbərdarlıq edərək öhdəliklərinin hamısnı yox, bəzisini yerinə yetirmədi."

Ayətullah Xamenei nüvə məsələsində ABŞ -la bərabər Avropa ölkələrinin də təxribat və əxlaqsızlıqlarından danışıb. “Avropalılar da ABŞ kimidirlər. Lakin dildə və danışanda həmişə tələbkardırlar. Elə danışırlar ki, guya İran uzun müddət müzakirələri istehza edib və öhdəlikləri yerinə yetirməyib.”

Ayətullah Xamenei qeyd edib ki, ABŞ-ın hazırkı hökuməti ilə öncəki hökuməti (Tramp administrasiyası) arasında heç bir fərq yoxdur. “Ona görə ki, hazırkı ABŞ hökumətinin nüvə məsələsində İrandan etdiyi tələb elə Tramp hökumətinin sadəcə başqa bir dildə etdiyi tələbdir. Bu tələbin qəbulunun ağıllı olmadığı və mümkünsüz olduğunu hökumət rəsmilərimiz elə həmin zaman bildirmişdi.

Ali Rəhbər ABŞ-ı diplomasiya sahəsində zahirdə gülərüz və haqtələb olsa da, pərdə arxasında yırtıcı və vəhşi canavara bənzədib və qeyd edib ki, əlbəttə, bəzən, onlar tülkü kimi hiyləgərdirlər. Bunun nümunəsini biz bu gün Əfqanıstanın vəziyyətində müşahidə edirik.

Ayətulah Xamenei Əfqanıstanı İrana qardaş, eyni dil, eyni din və eyni mədənəiyyətə malik bir ölkə adlandırıb, Əfqanıstan xalqının problemlərinə görə xüsusi ilə cümə axşamı günü Kabil hava limanında baş verən hadisəyə görə təssüfləndiyini qeyd edib:

“Bu problemlər və çətinliklər 20 ildir ki, Əfqanıstanı işğal edən və bu ölkənin xalqını müxtəlif zülmlərə məruz qoyan ABŞ-ın işidir. Toy və əza məclislərinin bombalanması, gənclərin qətliamı, xalqın bir çoxunu səbəbsiz yerə həbs etmək, narkotik maddələrin istehsalının on dəfə çoxalması ABŞ-ın Əfqanıstanda iştirakının mənfi nəticələrinin bir hissəsidir.

ABŞ Əfqanıstanın inkişafı üçün bir addım belə atmadı. Bugünkü Əfqanıstan vətəndaş inkişafı və infrastrukturun inkişafı baxımından 20 il öncə ilə müqayisədə geridə qalmasa da, irəliləməyib.

Ayətullah Xamenei ABŞ-ın Əfqanıstandan utancverici çıxışı və Əfqanıstanlı əməkdaşlarını Əfqanıstandan daha pis vəziyyətdə olan bölgələrə köçürülməsinə toxunb və İran İslam Respublikasının Əfqanıstanla bağlı mövqeyini açıqlayıb.

“İslam Respublikası Əfqanıstan xalqının tərəfindədir. Ona görə ki, hökumətlər bundan öncə olduğu kimi gəlib–gedirlər, lakin Əfqanıstan xalqı həmişə qalır.

İranın hökumətlərlə münasibəti də həmin hökumətlərin İrana qarşı münasibətindən asıldır. Allahdan Əfqanıstan xalqı üçün bu vəziyyətdən nicat və xeyir-bərəkət diləyirəm”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031