Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür
Mьəllif: Admin
Tarix: 24-08-2021, 22:33
Bцlmə: Xəbərlər
Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür
BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) 6 ildən artıqdır təcavüzkar hücumlara məruz qalan Yəməndə qeyri-kafi qidalanma və xəstəliklərə görə hər 10 dəqiqədə bir uşağın öldüyünü elan edib.

Deyerler.org xəbər verir ki, UNİCEF-in direktoru Henrietta Fore Yəməndəki humanitar vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasına verdiyi brifinqdə, xüsusilə Əl-Hudeyda və Məarib ətrafında davam edən qarşıdurmalarda təkcə bu il 1.6 milyon uşağın köçkün düşdüyünü söyləyib.

Yəməndə 11,3 milyon uşağın və təxminən 21 milyon insanın humanitar yardıma möhtac olduğunu vurğulayan Fore, belə deyib: “2.3 milyon uşaq ciddi şəkildə qidalanmır və təxminən 400.000 uşaq ağır qidalanmadan ölüm riski altındadır. Hər 10 dəqiqədə bir uşaq qeyri-kafi qidalanmadan və peyvəndlə qarşısı alınan bilən xəstəliklərdən ölür”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031