Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşdü
Mьəllif: Admin
Tarix: 6-08-2021, 22:43
Bцlmə: Xəbərlər
Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşdü
Bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

İRNA agentliyinin verdiyi məlumata əsasən, İran-Azərbaycan münasibətlərinin arzuedilən səviyyədə olduğunu vurğulayan Seyid İbrahim Rəisi Azərbaycan-İran münasibətlərinin inkişafı üçün böyük potensial olduğunu bildirib, ölkəsinin özəl şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka, texniki, mühəndis və infrastruktur layihələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Seyid İbrahim Rəisi İranın Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini söyləyib: “İki ölkə ikitərəfli və regional müstəvidə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edə, iki ölkənin maraqlarını sıx və effektiv koordinasiya edə bilər”.

Azərbaycan Milli Məclisinin sədri isə İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. S. Qafarova Seyid İbrahim Rəisinin prezidentliyi dövründə Azərbaycan və İran münasibətlərinin inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: “İran şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakından da məmnun olarıq”.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930