Şeyx Zəkzəki və həyat yoldaşı 6 illik məhbəs həyatından sonra azadlığa buraxıldı və bəraət aldı
Müəllif: Admin
Tarix: 28-07-2021, 22:31
Bölmə: Xəbərlər
Şeyx Zəkzəki və həyat yoldaşı 6 illik məhbəs həyatından sonra azadlığa buraxıldı və bəraət aldı
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı Zinət İbrahim Zəkzəki bu gün Kaduna ştatının Ali Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Deyerler.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 8 saat davam edən məhkəmə iclasının yekununda Şeyx Zəkzəkinin və həyat yoldaşının həbsi üçün tutarlı əsaslar olmaması səbəbi ilə məhkəmə onların azadlığa buraxılması barədə hökm verib.

Məhkəmə qərarı jurnalistlərin iştirakı olmadan keçirilən məhkəmə iclasında verilib. Ali məhkəmənin hakimi Qideon Kuradanın çıxardığı hökmə əsasən, Kaduna yerli məhkəməsinin onlar haqqında 2018-ci ildə çıxardığı hökm əsassız olub və onlara bəraət hökmü verilməli idi.

Belə ki, prokurorluq Şeyx Zəkzəki və həyat yoldaşının göstərilən maddələr üzrə cinayət törətməsinə dair yetərli sübutlar təqdim etməyib. Beləliklə məhkəmənin qərar ilə onlar azadlığa buraxılıb və ittiham edildikləri maddələr üzrə bəraət alıblar.

Qeyd edək ki, Şeyx Zəkzəki 2015-ci ilin dekabrında həbs edilmişdi. Ona qarşı 8 maddə üzrə qondarma ittihamlar irəli sürülmüşdü.

Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031