Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib
Mьəllif: Admin
Tarix: 27-07-2021, 10:14
Bцlmə: Xəbərlər
Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib
Səudiyyə Ərəbistanı əcnəbi vətəndaşların Kəbəni ziyarət etməsilə bağlı yeni qərarını açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata əsasən, avqustun 9-dan etibarən vaksinasiyasını başa vurmuş xarici ölkə vətəndaşlarının ümrə ziyarəti üçün ölkəyə gəlişinə izacə verilib.

Müvafiq qərar krallığın Həcc və Ümrə Nazirliyi tərəfindən qəbul edilib.

Qeyd olunub ki, ziyarət icazəsi yalnız “Pfizer/BioNTech”, “AstraZeneca”, “Johnson & Johnson” və “Moderna” vaksinlərilə peyvənd olunmuş 18 yaşından yuxarı şəxslərə veriləcək.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031