Avropada hicabla bağlı qalmaqallı qərar verildi
Mьəllif: Admin
Tarix: 15-07-2021, 23:14
Bцlmə: Xəbərlər
Avropada hicabla bağlı qalmaqallı qərar verildi
Almaniyadakı iş yerlərindən haqsız olaraq işdən çıxarılan iki müsəlman qadın Avropa Ədalət Məhkəməsinə müraciət edib.

İddiaya dair qərarını açıqlayan Avropa məhkəməsi qalmaqallı bir qərar qəbul edib.

Avropa Ədalət Məhkəməsi işəgötürənlərin istəsələr hicabı qadağan edə biləcəyinə qərar verib.

Avropa məhkəməsi hər iki məhkəmə işində də işəgötürənin qərəzsiz bir imic təqdim etməsi lazım olduğu təqdirdə hicabın qadağan oluna biləcəyinə qərar verib.

Lüksemburq məhkəməsi 2017-ci ildə də oxşar bir qərar qəbul etmişdi.
(eastnews.org)

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31